0 %

Инструкция на Azərbaycanca

Расчет напольного
покрытия
Рассчитайте, сколько ламината потребуется для вашего помещения быстро и просто
Укладка и эксплуатация

Quraşdırmadan əvvəl, quraşdırma vaxtı və ondan sonra otaqda iqlim şəraiti aşağıdakı tələblərə cavab verməlidir:

  • otaqda havanın temperaturu > +18 ° C;
  • döşəmə səthinin temperaturu > +15° С;
  • havanın nisbi rütubətliyi 40% - 70%.
    instructions-5
    instructions-5

Quraşdırmadan əvvəl, qablaşdırmaları açmadan laminat döşəmələrini 48 saatlıq quraşdırılacağı otağa qoyun.

instructions-6

Bütün səthlər ümumi texniki tələblərə uyğun olmalı və qüvvədə olan normativlər nəzərə alınaraq laminatın quraşdırılması üçün yararlı olmalıdırlar. Quraşdırılma üçün səthin hazırlanması zamanı xüsusi diqqət aşağıdakı tələblərin yerinə yetirilməsinə yönəldilməlidir:

  • Quruluq, döşəmə lövhələri üçün normal nəm miqdarı (nəmlik çəki ilə göstərilib) - 4%, sement qum stajka üçün - 5%, taxta əsas üçün - 7% -dən çox deyildir;
    instructions-7
  • hamarlıq (döşəmənin bir metrə bərabər səthində döşəmənin səviyyəsinin maksimal dəyişkənliyi 3 mm çox olmamalıdır);
    instructions-2
  • sərtlilik / yükdaşıma qabiliyyəti;
  • səthin təmizliyi.
    instructions-3

Bitişiksiz döşəmələr istisna edilərək, quraşdırma üçün yararlı səthlərə, yuxarıda sadalanan tələblərə uyğun olan PVX, linoleum, rezin və ağac döşəmələri aiddir.

Toxuculuq döşəmələri quraşdırma üçün yararsız səthlər hesab olunurlar.

Elektrik qızdırıcısı ilə isidilən döşəmələr məhdud yararlı səthlər hesab olunurlar.

Laminat döşəmə örtükləri su qızdırıcısı ilə olan döşəmələrin üstünə quraşdırıla bilər. Bu halda, su qızdırıcısı ilə olan döşəmələrin istehsalçılarının təlimatlarından istifadə edin.

Əgər qızdırıcı elementlər tikişsiz döşəmənin içinə və ya beton təbəqəsinə quraşdırılıbsa və döşəmənin üzərində plyonkalı elektrik qızdırıcısı şəklində sərilməyibsə, bu halda elektrik qızdırıcısı ilə döşəmələr xüsusilə laminat döşəmələrlə birgə istifadə edilə bilər.

Diqqət! Səthin temperaturu 28 ° C-dən yüksək olmamalıdır

instructions-28c

Əgər qızdırıcının istehsalçısı temperaturun 28 ° C-dən yuxarı heç zaman artmayacağını təmin edirsə, tənzimlənən plyonkalı elektrik qızdırıcısı ilə olan döşəmələr laminat döşəmələrlə birgə istifadəyə yararlı ola bilər. Plyonkalı elektrik qızdırıcısı əsasında olan standart isti döşəmələr, temperaturun kəskin dəyişməsi zamanı döşəmənin üst qatının 28 °C yuxarı qızmasını təmin edir, və ona görə də üzərində laminatın quraşdırılması üçün yararsız sayılır.

  1. Quraşdırmadan əvvəl döşəmə lövhələrinin üzərində mümkün olan və gözlə görünə bilən qüsurların mövcud olub olmamasını yoxlamaq lazımdır. Qüsurlu döşəmə lövhələrini quraşdırmaq qadağandır.
    instructions-13
  2. Laminat döşəmələrinin quraşdırılması üçün sizə lazım olacaq alətlər: ölçü üçün ruletka, karandaş, mişar, divara qədər məsafənin gözlənilməsi üçün dayaqlar, 0.2 mm qalınlığında polietilen plyonka, səsi izolyasiya edən boyu 3 mm-dən çox olmayan alt örtük və bəzi hallarda yapışqan.
    instructions-9
  3. Tikişsiz və ya mineral əsaslı döşəmələr tam olaraq suya davamlı olan polietilen plyonka ilə örtülməlidir. Bu halda örtüyün qovuşuq yeri ən azı 200 mm üst-üstə düşməlidir. Həmçinin bütün əsaslar üçün səsi izolyasiya edən alt örtüklər tövsiyə olunur. Səsi izolyasiya edən alt örtüklər bir-birinə qovuşuq, yəni üst-üstə düşmədən quraşdırılır.
    instructions-10
    instructions-11
    instructions-12
  4. Laminat döşəmə örtüyünün elementləri həmişə üzən üsulla quraşdırılır.
  5. Səthlə döşəmə lövhələrinin yapışqan, mismar və şurupla hərəkətsiz bərkidilməsinə icazə verilmir.
    instructions-8
  6. Qonşu sıralarda olan döşəmə lövhələrin qovuşduğu yerlərinin minimum sürüşməsi 200 mm.
    instructions-19
  7. Bütün bərk inşaat səthlərinin kompensasiya boşluğu - 8 - 10 mm.
    instructions-17
  8. Bütün qapı çərçivələrində, keçidlərdə, mürəkkəb konfiqurasiyalı otaqlarda, həmçinin eni və uzunluğu 10 m çox olan otaqlarda qapı altlıqları qoymaq tövsiyə edilir.
    instructions-25
    instructions-26
  9. Döşəmə lövhələrini elə quraşdırmaq tövsiyə olunur ki, mənzildə pəncərədən düşən işıq döşəmə lövhələrinin uzunluğu boyu qovuşduğu yerlərinə paralel düşsün. Bu halda döşəmə lövhələri arasında olan tikişlər daha az gözə çarpacaq.
  1. Döşəmə lövhələrini nəzərdən keçirərək onların üzərində paz (A) və təpəni (B) tapın.

    instructions-14

    Birinci sıranın quraşdırılmasını otağın ən uzaq sol küncündən başlayın. Quraşdırma zamanı çalışın ki, döşəmənin hər iki tərəfinin təpəsi (B) divara qarşı çevrilmiş olsun. Quraşdırmaya başlayarkən divara qədər məsafənin gözlənilməsi üçün dayaqları yerləşdirin.

    instructions-15
    instructions-17

    Sıranı quraşdırarkən lövhələri aşağıdakı şəkildə uzununa düzün: birinci və növbəti hər bir lövhənin yanına təzəsini qoyaraq onu təpə ilə artıq yerləşdirilmiş lövhənin pazına bucaq altında yerləşdirin. Bundan sonra quraşdırılan lövhəni döşəmənin üzərinə tam uzadılanadək qoyun.

    instructions-16
  2. Birinci sıranın axırıncı lövhəsində tələb olunan uzunluğu ölçüb nişanlayın və elementi həmin nişan üzrə mişarla kəsin. Əgər birinci sıranın axırıncı lövhəsindən qalan kəsilmiş hissənin uzunluğu 200 mm az deyilsə, onda ikinci sıranın quraşdırılmasını həmin kəsilmiş lövhə hissəsindən başlayın. Bütün sonrakı sıraların quraşdırılmasını əvvəlki sıranın qalığından başlamaq lazımdır.

    Diqqət! Quraşdırma zamanı lövhələrin təpə hissəsinin birləşmə yerləri sonrakı sıranın lövhələrinə nisbətən minimum 200 mm önə sürüşməlidir. Tiyənin ağzı və/və ya xüsusi dekor (məsələn, plitələrə bənzəyən) ilə örtükləri quraşdırarkən, sürüşmənin simmetrik və tiyənin ağzına və şəklə uyğun olmasına nəzarət etmək lazımdır.

    instructions-19
  3. İkinci və sonrakı sıraları döşəmə lövhələrini bir-biri ilə uzununa düzməklə quraşdırmağa başlayın.

    Sıranın quraşdırılmasını başa çatdırdıqdan sonra, onu yuxarı qaldırmaqla bucaq altında əvvəlki sıranın pazına qoyun və bütün sıra boyu qıfılın bağlanmasına qədər endirin.

    instructions-20
    instructions-21
    instructions-22
    instructions-23
  4. Sonuncu sıranın elementlərini dəqiq kəsmək üçün:

    • divardan 8-10mm aralığında yerləşən döşəmə lövhəsi vasitəsilə sonuncudan qabaqkı sıranı nişanlayın;
    • həmin sıranı sökün və nişanlarınız üzrə lövhələrin lazımsız hissələrini kəsin;
    • təzə döşəmə lövhələri ilə sonuncudan qabaqkı sıranı quraşdırın;
    • kəsilmiş döşəmə lövhələrini sıraların sonuncu lövhələri olaraq istifadə edin.

İctimai və kommersiya təyinatlı binalarda quraşdırılma zamanı bu binalar üçün xarakterik olan orta rütubət səviyyələrini nəzərə almaq lazımdır. Bu hallar üçün elementlərin xüsusi yapışqanla yapışdırılması nəzərdə tutulmuşdur. Yapışqan döşəmənin yuxarı təpəsinə elə vurulur ki, elementlərin quraşdırılması zamanı yapışqanın qalıqları döşəmə lövhələrinin bütün birləşdirici tikişləri üzrə xaricə doğru çıxsın. Yapışqanın qalıqlarını dərhal və ya yapışqanın bir qədər qurudulmasından sonra silmək olar.

instructions-31
instructions-32
instructions-33

Diqqət! Yapışqanın tətbiq edilməsindən sonra döşəmə lövhələrinin arasında boşluqların qalmamasından əmin olun.

Qapı çərçivələrini laminant döşəmə örtüyünün və alt örtüyün ümumi hündürlüyünə bərabər olan məsafəyə qədər qısaltmaq lazımdır. Ondan sonra döşəmə örtüyünü elə yerləşdirmək lazımdır ki, döşəmə lövhəsi qapı çərçivəsinin altında yerləşsin və eyni zamanda döşəmə örtüyü və divar və/və ya digər döşəmə arasındakı kompensasiya boşluğu (8-10mm) nəzərə alınsın. Quraşdırılma bu tipli qapı çərçivəsinin yanında başa çatırsa, yeni döşəmə lövhəsinin düz yerləşdirilməsi üçün artıq quraşdırılmış döşəmə lövhəsinin pazının rəzəsini iskənə ilə çıxartmaq lazımdır. Bu hissədə birləşmə xüsusi yapışqan ilə təmin olunur.

Qapı çərçivələrini qısaltmaq mümkün deyilsə, misal üçün metal qapı çərçivələri kimi, laminat döşəmə və divar və/və ya digər döşəmə arasındakı tikişlər elastik maddə ilə doldurulmalıdır və ya uyğun olan tamamlayıcı profillərlə bağlanmalıdır.

  • Boruların yerləşmə vəziyyətini ölçün və kompensasiya boşluğunu nəzərə almaq şərti ilə döşəmə lövhəsinin üstündə qeyd edin.
  • Boruların diametrindən ən azı 16mm çox olan deşikləri açın.
    instructions-27
  • Deşiklərə nisbətən 45 ° bucaq altında döşəmə lövhəsinin bir hissəsini kəsin.
    instructions-28
  • Kəsilmiş hissəni digər hissələrə uyğunlaşdırın və yapışdırın.
    instructions-29
  • Mebel ayaqlarına keçədən (yundan) hazırlanmış aralıq qatını yapışdırın.
    instructions-S1
  • Ağır mebelləri hərəkət etdirərkən qaldırın.
    instructions-S4
  • Divan və kresloların rolikləri yumşaq tipli olmalıdır.
    instructions-S2
  • Döşəməni yaş parça ilə deyil, yalnız nəm parça ilə silin.
    instructions-S5
    instructions-S6
  • Döşəmənin üzərinə su dağıldıqda onu dərhal qurutmaq lazımdır.
    instructions-S10
  • Abraziv təmizləmə vasitələrindən və ya sürtünmə ilə döşəmə örtüyünü zədələyə biləcək hər hansı maddədən istifadə etməyin.
  • Döşəməni sıyırğa ilə işləməyin (hamarlamayın), onun üzərinə mum və ya lak çəkməyin.
    instructions-S11
  • Quru təmizləmə tozsoranlarının istifadəsinə icazə verilir.
    instructions-S9
  • Yaş təmizləmə üçün tozsoranların (yuyucu tozsoranların) və buxar ilə təmizləyən tozsoranların istifadəsinə icazə verilmir.
    instructions-S12
  • Girişdə çirklənməni özündə saxlayan xalçadan istifadə edərək döşəmə örtüklərini kobud palçıqdan qoruyun.
    instructions-S3
  • Döşəmə örtükləri üçün təmizləyici vasitələr spirt və ya sirkə əsasında olmalıdır. Həmçinin, təmizləyici kimi benzin, lak təmizləyicisi, universal ləkə təmizləyicisi istifadə oluna bilər.
  • Səthdə örtük əmələ gətirən təmizləyicilərin istifadəsinə icazə verilmir. Bunlara qab yuyucu vasitələri, maye sabun və s. daxildir.
    instructions-S7
    instructions-S8
  • Laminat döşəmələrinin davamlılığına baxmayaraq, zədələnmə aşkar olunarsa, cüzi zədələnmələri bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş formalaşdırıcı pasta vasitəsilə təmir etmək olar. Döşəmə lövhəsi bütövlüklə zədələndiyi halda onu mütəxəssis əvəz etməlidir. Zərurət yarandığı halda, zəhmət olmasa, Sizin təchizatçıya müraciət edin.
  1. Bu zəmanət, quraşdırılma və istifadə təlimatına uyğun olaraq yaşayış binalarında quraşdırılmış LA MOENA laminat döşəmə örtüklərini əhatə edir. 
  2. Zəmanət halına qoruyucu təbəqənin və onun altında olan dekorativ kağızın sürtülüb yeyilməsi və ya tam çıxarılması ilə xarakterizə olunan döşəmə lövhəsinin zədələnməsi aiddir. Bu zədələnmə aydın görünməlidir və ölçüsü 1sm-dən az olmamalıdır.
  3. Səthdə çatlaqların yaranmayacağı şərti ilə məişət təyinatlı əşyaların düşməsi nəticəsində formalaşmış xırda əziklər zəmanət hallarına şamil edilmir. Həmçinin, iti uclu obyektlərin yaratdığı zədələnmələr də zəmanətdən istisna olunur.
  4. Zəmanət sırf xarici zədələrə, məsələn mebellərin sürtülməsi nəticəsində yaranan çirklənməyə, həmçinin əziklərə şamil edilmir. 
  5. Zəmanət döşəmə örtüklərinin uyğunsuz istifadəsindən, qəza, fors-major və yaşayış binaları üçün xas olmayan digər hallardan yaranan zərərləri əhatə etmir. 
  6. Zəmanət üçüncü şəxsə verilə bilməz, və yalnız birbaşa alıcıya məxsusdur. 
  7. Zədələnmiş döşəmə örtüyünün düzülməsinə və sökülməsinə çəkilən xərclər zəmanətdən istisna olunur.
  8. İstehsalçı zəmanət halını tanımasından qabaq, öz və ya distribütor nümayəndələri tərəfindən döşəmə örtüyünün quraşdırdığı obyekti nəzərdən keçirmək və onun quraşdırılma və istifadə tələblərinə uyğunluğunu yoxlamaq hüququnu özündə saxlayır.

* zəmanət laminat səthinin sürtülüb yeyilməsinə şamil edilir.
1) sinif
2)Evdə istifadə üçün zəmanət müddəti
3) Ticarət istifadəsi üçün zəmanət müddəti